...

Qazaxıstan Bakı-Supsa boru kəməri ilə öz neftini nəql etməyə artıq hazırdır – səfir

Energetika Materials 19 Mart 2009 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir E.İsmayılov /

Qazaxıstan öz neftini Bakı-Supsa boru kəməri ilə nəql etməkdə maraqlıdır. Bu barədə cümə axşamı Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib. Bu marşrut Qazaxıstana öz neftini Supsa limanının yerləşdiyi Qara dəniz sahillərinə nəql etmək imkanı verəcək.

"Qazaxıstan artıq indi öz neftini nəql etməyə hazırdır", - deyə Primbetov bildirib.

Hazırda həm Azərbaycan, həm də Bakı-Supsa boru kəmərinin operatoru olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə bu marşrut üzrə neft nəqlinin mümkünlüyünə dair danışıqlar aparılır. 

Hazırda bu marşrut ilə (Gürcüstanın Qara dəniz Supsa limanına) "Azəri-Çıraq-Günəşli" yataqları blokundan (Operator BP) hasil edilən təqribən 100 min barel Azərbaycan nefti nəql olunur.

Neftin bu marşrut ilə nəql edilməsi üçün o, tankerlərlə Qazaxıstandan Bakıya çatdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti