...

"Nabukko" qaz kəməri Aİ-nin prioritetləri sırasında qalır - enerji işləri üzrə avrokomissar

Energetika Materials 30 Mart 2009 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir А.Bədəlova /

"Nabukko" qaz kəməri Aİ-nin prioritetləri sırasında qalır", - enerji işləri üzrə avrokomissar Andris Piebalqs Brüsseldə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATIB) nümayəndə heyəti ilə görüşdə bidlirib, bazar ertəsi ATIB-in yaydığı məlumatda deyilir.  

Piebalqsın sözlərinə görə, Avropa İnvestisiya Bankı bu layihənin maliyyələşdirilməsi üçün vəsait yatırmağa hazırdır.

Dəyəri 7,9 mlrd. avro (10,1 milyard dollar) olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir.

"Nabukko Gas Pipeline International"ın icraçı direktoru Reynhard Mitçekin sözlərinə görə, qaz kəməri fəaliyyətə 2014-cü ildə başlayacaq. "Onun tikintisinə start verilməsi 2011-ci ilə nəzərdə tutulub. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Kəmər vasitəsilə ilkin olaraq 8-12 milyard həcmində qaz tədarükü Azərbaycanın hesabına təmin ediləcək", - Mitçek bildirib. 

Piebalqsın Qara və Xəzər Dənizi İş Adamları Birliyinin prezidenti Atanes Lavidasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı "Nabukko" layihəsindən başqa, regionun digər enerji layihələri, eləcə də Aİ-nin enerji siyasəti müzakirə edilib.

Həmçinin Aİ-nin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner, Business Europe təşkilatının beynəlxalq münasibətlər üzrə direktoru Adrian van der Hoven, Avropa Komissiyasının nümayəndəsi Robert Soltiklə də görüşlər keçirilib.

Xəbər lenti

Xəbər lenti