...

Azərbaycanda birinci rübdə avtomobil benzini istehsalı artıb

Energetika Materials 8 Aprel 2009 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend /

Azərbaycan NEZ-lərində emal edilən neftin həcmi yanvar-mart aylarında 1,5 milyon ton təşkil edib. Ötən ilin analoji dövründə bu rəqəm 1,9 milyon tona bərabər olub.

Azərbaycanda cəmi iki Neft Emalı Zavodu (NEZ) var. İki zavodun məcmu gücü ildə 20 milyon tondur. NEZ-lər öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlardan əldə etdiyi ildə 6 milyon ton neft emal edən SOCAR-ın tərkibinə daxildir.

Azərbaycanda 2009-cu ilin yanvar-mart ayları ərzində neft emalı və neft məhsullarının istehsalı:

yanvar-mart - 2009 (min.ton)

yanvar-mart - 2008 (min.ton)

Fakt

Fakt

Neft emalı - cəmi

1500,63

1906,48

Benzin - cəmi

344,49

337,83

Avtomobil benzini

285,71

267,96

Neft

58,78

69,87

Kerosin KO-20 - cəmi

6,33

18,77

Dizel yanacağı - cəmi

502,13

587,8

Soba mazutu - cəmi

122,57

438,98

Sürtkü yağları

6,69

8,48

Motor yanacağı DT- cəmi

33,78

28,45

Xəbər lenti

Xəbər lenti