...

Çin Türkmənistandan qaz tədarükü layihəsinin realizəsinin başa çatmasını gözləyir – ÇXR-in rəsmi nümayəndəsi

Energetika Materials 25 Aprel 2009 14:22 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 25 aprel / Trend , müxbir H.Həsənov /

"Çin Türkmənistan-Çin qaz kəməri layihəsinin realizəsinin başa çatmasını gözləyir. Onun artıq bu ilin sonunda ilkin güclə işə salınması gözlənilir", - ÇXR-in Dövlət Komitəsinin inkişaf və islahat işləri üzrə sədri Çjan Qobao deyib. Bu barədə milli türkmən kanalı "Altın Asır" şənbə günü xəbər verib.

Çinin yüksək vəzifəli məmuru Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedovun qəbulunda olduğu zaman bildirib ki, "Çin xalqı bu layihənin realizəsini səbrsizliklə gözləyir. Layihə Çinin enerjitutumlu bazarını "qidalandırmaqla" ona daha intensiv templərlə istehsalı artırmağa, bununla da bütün milli iqtisadiyyatı inkişaf etdirməyə yardımçı olacaq".

Layihəyə əsasən, 7 min kilometr uzunluğundakı transmilli qaz kəməri Özbəkistan və Qazaxıstan ərazisindən keçəcək və Amudəryanın sağ sahilindən təxminən 40 milyard kubmetr təbii qaz nəql etməyə imkan verəcək.

Layihənin realizə templərini müzakirə edən tərəflər vurğulayıb ki, bu genişmiqyaslı layihə dövlətlərarası ənənəvi əməkdaşlığı xeyli genişləndirəcək və zənginləşdirəcək, Türkmənistanın enerji dövləti kimi mövqeyini, onun öz karbohidrogen xammalını dünya bazarlarına ixrac marşrutlarını diversifikasiya etmək səylərində möhkəmləndirəcək.

Berdimuhammedov qeyd edib ki, türkmən tərəfi ÇXR-i nəinki onları bağlayan tarixi dostluq əlaqələri, həm də bu gün həyata keçirilən böyük əməkdaşlıq planları üzrə strateji tərəfdaş kimi görür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti