...

Azərbaycan Türkiyənin elektrik bazarına çıxış əldə edəcək

Energetika Materials 28 Aprel 2009 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir E.İsmayılova, А.Bədəlova /

"2011-ci ildən etibarən Azərbaycan Gürcüstan, Türkiyə və Azərbaycanın elektrik sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi layihəsinin realizəsi hesabına Türkiyənin elektrik bazarına çıxış əldə edəcək", - Bakıda III Xəzər neft-qaz ticari-nəqliyyat konfransında Gürcüstanın enerji naziri Aleksandr Xetaquri deyib.

"Biz artıq bu ildə 500 kilovoltluq yüksək gərginlikli elektrik xətlərinin bərpasına və Türkiyəyə eyni güclü yeni elektrik ötürücü xəttinin tikintisinə başlayırıq", - Xetaquri bildirib.

Gürcüstanda uzunluğu 350 kilometr, dəyəri 120 milyon avro olan, Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər uzanacaq xəttin tikintisi işləri aparılacaq.

"Gürcüstan ərazisində həyata keçirilməsi planlaşdırılan işlərin ümumi dəyəri 220 milyon avrodur. Bu işlər gürcü şirkətlər tərəfindən maliyyələşdiriləcək", - Xetaquri deyib.

Aprelin əvvəlində Azərbaycan, Gürcüstan və Türkiyə "Enerji körpüsü" (Power Bridge) layihəsi üzrə anlaşma memorandumu imzalayıblar. Üç ölkənin birgə həyata keçirdiyi layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir.

Maliyyə və texniki yardımı USAID və ABŞ Enerji Assosasiyası birgə həyata keçirəcək. "Azərenerji", "Gürcüstan Dövlət Elektrik Sistemi" və Türkiyə elektrik enerjisinin transmissiyası korporasiyası ilə birlikdə onlar yüksək gərginlikli şəbəkənin regional modelini hazırlayacaqlar.

İşçi qrup hər üç ölkədəki yüksək gərginlik şəbəkəsinin işini analiz edəcək və regional perspektivlər planında sərmayələrin identifikasiyasını həyata keçirəcək ki, bu da şəbəkənin gücünün artırılması və elektrik enerjisinin mübadilə və satışının yaxşılaşdırılmasına kömək edəcək. Bu, bütün sistemin təhlükəsizliyini optimallaşdıracaq.

Konfransın təşkilatçıları qismində Britaniyanın Confidence Energy şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası çıxış edir. İnformasiya dəstəyi Trend agentliyinə məxsusdur.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti