...

SOCAR şirkəti növbəti neft-qaz quyusunu istismara verib

Energetika Materials 14 May 2009 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend /

SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən müstəqil istismar olunan "Qum-dəniz" yatağından sutkalıq neft hasilatı 250 ton təşkil edir. Bu barədə şirkətin məlumatında bildirilir. Ümumilikdə bu yataqda 56 quyu istismar olunur. 

1955-ci ildən yataqdan 28 mln. ton neft və 11 mlrd. kubmetr qaz hasil edilib.

Cari ilin sonunadək SOCAR şirkəti bu yataqda iki yeni quyu istifadəyə verməyi planlaşdırır. Yataqda 3415 metr dərinliyində quyu istifadəyə verilib. Quyunun sutkalıq debiti 35 ton neft və 50 min kubmetr qaz təşkil edir.

Azərbaycanda 18 dənizdə, qalanı isə quruda yerləşən 57 neft-qaz yatağı var. SOCAR-ın əməkdaşlarının sayı 62 min nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti