...

Bu il SOCAR Gürcüstanda 10-a yaxın yeni YDM açacaq

Energetika Materials 22 İyun 2009 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir E.İsmayılov /

Bu ilin sonuna qədər Gürcüstanda SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında işləyən yanacaqdoldurma məntəqələrinin (YDM) sayı 32-33 ədəd təşkil edəcək (hazırda 23 ədəd), bazar ertəsi  SOCAR Energy Georgia (SOCAR-ın tərkibində fəaliyyət göstərir) şirkətinin rəhbəri Mahir Məmmədov bildirib.

"Hazırda Gürcüstanda 23 yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir, bu ilin sonuna isə 9-10 YDM-in istifadəyə verilməsi planlaşdırılır", - Məmmədov deyib. Növbəti YDM-ləri bu il payızın əvvəlində istifadəyə vermək planlaşdırılır.

Əvvəllər Məmmədovun bildirdiyinə görə, şirkətin əsas məqsədlərindən biri pərakəndə satış sferasında lider mövqeyini tutmaqdır. Şirkət bu məqsədə bir neçə gün ərzində çatmağı və Gürcüstanda YDM-lərin sayını 60-70-ə çatdırmağı planlaşdırır.

"Hazırda şirkət orta hesabla ay ərzində YDM-lər vasitəsilə Gürcüstan bazarında 6 min tona yaxın benzin və dizel yanacağı satır. Qeyd edək ki, Gürcüstan bazarının yanacağa olan tələbatı 70 milyon litr təşkil edir", - Məmmədov deyib.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distribusiya və marketinqlə məşğul olur. SOCAR Georgia-nın təsisçiləri: SOCAR - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti