...

ABŞ-ın keçmiş səfiri Stiven Man ExxonMobil-in əməkdaşıdır

Energetika Materials 25 İyun 2009 16:52 (UTC +04:00)
ABŞ-ın keçmiş səfiri Stiven Man ExxonMobil-in əməkdaşıdır

Azərbaycan, Bakı, 25 iyun / Trend /

Amerikanın ExxonMobil şirkəti postsovet ölkələrində öz əməliyyatlarının dəstəklənməsi üçün ABŞ-ın Xəzər regionunda keçmiş fövqəladə səfiri Stiven Manı əməkdaşları sıralarına qəbul edib. Bu barədə Energy Intelligence Group məlimat verib.

"Stiven Man Corc Buş dövründə ABŞ-ın Türkmənistandakı səfiri vəzifəsində fəaliyyət göstərib və Xəzər regionunda xüsusi səfir qismində Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsində əhəmiyyətli rol oynayıb", - Energy Intelligence Group qeyd edir. 
 
ExxonMobil Rusiya, Azərbaycan və Qazaxıstanda əməliyyatlar aparır, həmçinin Türkmənistanda fəaliyyət imkanları axtarır.

Xəbər lenti

Xəbər lenti