...

LUKoyl neft keyfiyyət bankının yaradılmasının tərəfdarıdır

Energetika Materials 25 İyun 2009 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend /

LUKoyl Rusiya ərazisində keyfiyyət bankının tətbiq edilməsini zəruri hesab edir. Bu barədə Rusiyanın LUKoyl şirkətinin rəhbəri Vahid Ələkbərov "İnterfaks" agentliyinə müsahibəsində deyib.

"Biz hesab edirik ki, keyfiyyət bankını tətbiq etmək lazımdır. Biz ona nə qədər tez keçsək, bir o qədər də neft istehsalçılarının öz neftlərinin keyfiyyətinə nəzarət etməsi stimullaşacaq və bizim neftin qiyməti xeyli baha olacaq", - Ələkbərov deyib.

Ələkbərovun sözlərinə görə, hazırda Rusiyanın beynəlxalq tanınmış iki növ nefti var - Siberian Light və Urals. "Keyfiyyət bankı növdən deyil, neftin keyfiyyətindən asılıdır", - Ələkbərov bildirib. - Onun növü olmaya bilər, əsas məsələ onda ağır fraksiyanın tərkibidir".

"Keyfiyyət bankı neftin çəki ölçüsündən həcm ölçüsünə keçiddir. Bizim bütün sayğaclar həcm üçün hesablanıb. Yəni biz hazırda asanlıqla xüsusi çəkiyə - ton deyil, kubmetrə keçə bilərik. Həcm daha çox yüngül neft verənin daha çox həcm və və ağır neft verənin daha az həcm əldə etdiyini öyrənməyə imkan verir. Bu avtomatik olaraq hesablanır. Bu asandır və heç bir çətinlik yoxdur. Biz istisna olmaqla, bütün dünya bu sistemdə işləyir", - Ələkbərov məlumat verib.

Xəbər lenti

Xəbər lenti