...

SOCAR və "Tengiz Şevroyl" Azərbaycan vasitəsilə neft nəqlini artırmaq imkanlarını nəzərdən keçirir

Energetika Materials 3 İyul 2009 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir E.İsmayılov /

Qazaxıstanın "Tengiz" yatağının işlənilməsi ilə məşğul olan SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və ABŞ ilə Qazaxıstanın "Tengiz Şevroyl" müştərək şirkəti Azərbaycan ərazisi vasitəsilə neft ixracının həcmini genişləndirmək imkanlarını araşdırır. Bu barədə cümə günü SOCAR-ın yüksək vəzifəli nümayəndəsi məlumat verib.

"Bu məsələ hələ ki, maraqlar səviyyəsindədir. Biz (ARDNŞ) və "TengizŞevroyl" bizim dəhlizlə tədarük və həcmin genişləndirilməsi imkanlarını öyrənirik. Bu kontekstdə bütün aspektlər, o cümlədən bu tranzitin həm boru kəməri, həm də dəmiryol əsası nəzərdən keçirilir. Bu bir qrupdur", - SOCAR nümayəndəsi deyib.

İkinci istiqamət ondan ibarətdir ki, Qazaxıstanın "KazMunayQaz" şirkəti SOCAR və Exxon Mobil şirkəti ilə birgə Azərbaycanın ixrac dəhlizinin tədqiqinə cəlb edilib. Bu kontekstdə neftin Bakı-Supsa kəməri vasitəsilə də nəqlinin artırılması imkanları nəzərdən keçirilir. "Lakin bu hələ öyrənilmə səviyyəsindədir və konkret qərarlar haqqında danışmaq çox tezdir", - SOCAR nümayəndəsi əlavə edib.

"Araşdırma o demək deyil ki, mütləq genişləndirmək lazımdır və ya genişləndirmək imkanları var, o bütün detalları konkretləşdirmək üçün lazımdır", -SOCAR nümayəndəsi deyib.

Ötən ilin oktyabrında ABŞ-ın Chevron Texaco şirkəti "Tengiz" neftinin BTC ilə nəqlinə başlayıb. Müqavilənin şərtlərinə görə, Tengiz nefti BTC ilə və dəmiryol ilə Gürcüstan limanlarına (Kulevi və Batumi) çatdırılacaq. Neft hasilatının ildə 4 milyon tona çatdırılacağı gözlənilir.

Yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə "Tengiz" yatağından təxminən 754,8 min ton Qazaxıstan nefti nəql edilib. Bu göstərici yanvar-aprel aylarında 592 min ton olub.

2008-ci ildə (oktyabr-dekabr) BTC ilə 285,1 min ton Qazaxıstan nefti ixrac olunub.

Chevron Texaco Qazaxıstanın "Tengiz" yatağının operatorudur. Müqavilə ərazisinin işlənilməsi ilə "TengizŞevroyl" əməliyyat şirkəti məşğul olur.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Kənərin 443 kilometri Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25  faiz); Chevron (8,90  faiz ); Statoil (8,71  faiz ); ТРАО (6,53  faiz ); Eni (5  faiz ); Total (5  faiz ); Itochu (3,40  faiz ); Inpex (2,50  faiz ); ConocoPhillips (2,50  faiz ) və Amerada Hess (2,36  faiz).

Gürcüstanın Kulevi Qara dəniz terminalı SOCAR-a, Batumi isə "KazMunayQaz"-a məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti