...

Azərbaycan böyük enerji layihəsinin maliyyələşdirilmə imkanlarını nəzərdən keçirməyi davam etdirir

Energetika Materials 6 İyul 2009 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend /

"Azərenerji" Səhmdar Cəmiyyəti (Azərbaycanda elektrik enerjisinin istehsalçısı və paylayıcısı) "Şimal" elektrik stansiyasında ikinci buxar-qaz qurğusunun tikintisi imkanları üzrə Yaponiyanın mütəxəssisləri ilə danışıqları davam etdirir. Bu barədə SC-nin nümayəndəsi bildirib.  

Əvvəl baş tutmayan tenderlər səbəbindən bu layihə həyata keçirilməmişdi.

Bu layihənin həyata keçirilməsi üçün Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) tərəfindən kredit ayrılıb. Buxar-qaz qurğusunun tikintisi üzrə podratçının seçilməsinin ləngiməsi səbəbindən "Azərenerji" 29,28 milyard Yapon valyutası (275 milyon dollardan çox) məbləğində kreditdən imtina edib. Yaponiya bankının kredit vəsaiti Azərbaycana  10 il güzəştli müddət olmaqla 40 il müddətinə 0,75 illik faizlə verilib.   

Hər bir tenderə (iki tender) yarım il vaxt ayrılıb, lakin onlar nəticəsiz qalıb. Bunun nəticəsində "Azərenerji" hökumətə kreditin fəaliyyətini dayandırmaq xahişi ilə müraciət edib.

Layihənin texniki-iqtisadi əsaslandırması 2004-cü ildə TEPSCO (Yaponiya)-Enprima (Finlandiya) konsaltinq şirkət alyansı tərəfindən hazırlanıb. Tender dörd 220 kilovoltluq elektrik ötürücü xətinin və 220/110 kilovoltluq  yarımstansiyanın layihələşdirilməsi, təchizat, tikinti-quraşdırma işləri, təcrübələrin keçirilməsi, istismara verilməsi məqsədi ilə elan olunub.

Tikinti işlərininin 27 ay ərzində keçirilməsi planlaşdırılıb. Əvvəlcə ikinci buxar-qaz qurğusunun istismara verilməsi 2009-cu ilə planlaşdırılmışdı.

DRES 400 MVt gücündə bir buxar-qaz qurğusuna malikdir. Bu qurğunun tikintisini Yaponiyanın  Mitsui/Mitsubishi şikət alyansı həyata keçirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti