...

Azərbaycanın yeraltı qaz anbarlarındakı qaz ehtiyatlarının həcmi 1 milyard kubmetri ötüb

Energetika Materials 6 İyul 2009 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir S.Əliyev /

Hazırda Azərbaycanın yeraltı qaz anbarlarındakı qaz həcmi 1 milyard kubmetrdən çoxdur, bu barədə ölkənin neft-qaz sənayesindəki mənbədən bildirilib. Qaz doldurma mövsümün sonunadək (sentyabrın sonu) yeraltı qaz anbarlarındakı ehtiyatlarının həcmi 1.4 milyard kubmetr təşkil edəcək.

Hazırda qazın yeraltı qaz anbarına sutkalıq doldurulması 7 milyon kubmetr təşkil edir. 

Hazırda Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur, Qaradağ qaz anbarının aktiv gücü 500 milyon kubmetr, Kalmaz yeraltı qaz anbarının gücü isə 1,1 milyard kubmetr qaz təşkil edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti