...

Azərbaycan Türkmənistan ilə uzunmüddətli tərəfdaşlığa hazırdır - ARDNŞ

Energetika Materials 10 İyul 2009 11:47 (UTC +04:00)
Azərbaycan Türkmənistan ilə uzunmüddətli tərəfdaşlığa hazırdır - ARDNŞ

Türkmənistan, Aşqabad, 10 iyul / Trend , H.Həsənov /

Azərbaycan türkmənistanlı tərəfdaşları ilə uzunmüddətli işgüzar əlaqələrin qurulmasına hazırdır, bu barədə Türkmənistan Prezidenti Qurbanqulı Berdıməhəmmədovun qəbulunda olan ARDNŞ-in başçısı Rövnəq Abdullayev  bildirib.

Tərəflər yanacaq-energetika sektorunda, xüsusilə neft sahəsində qarşılıqlı əlaqələrin bundan sonra da möhkəmlənməsi üzrə perspektivləri nəzərdən keçiriblər.

Bu gün Altın Asır milli telekanalına müsahibəsində Abdullayev bildirib ki, görüş "konstruktiv" olub. Onun fikrincə, hər iki Xəzəryanı dövlətin mövqeyi yüksək səviyyədə dialoqun fəallaşmasından sonra daha da yaxınlaşıb.

Abdullayev Berdıməhəmmədova Azərbaycan Prezidenti İlham Əliyevin salamını çatıdırb. "Azərbaycan Türkmənistanın təşəbbüslərini dəstəkləyir və beynəlxalq energetika məkanında qarşılıqlı səmərəli tərəfdaşlığın inkişafına xidmət edən qlobal enerji təhlükəsizliyi məsələlərinin həllinə dair mövqeyini paylaşır", - deyə Abdullayev bildirib.

Berdıməhəmmədov Türkmənistanın qonşu Azərbaycanla dostluq münasibətlərinə və səmərəli əməkdaşlığa sədaqətli olduğunu bildirib.

"Hazırda sürətlə inkişaf edən Türkmənistan-Azərbaycan əməkdaşlığı dünya təcrübəsi və müasir  elmi texnologiyaların cəlb edilməsi ilə iqtisadiyyatının, neft-qaz kompleksinin strateji sahələrinin inkişafının diversifikasiyasını əsas məqsəd kimi götürən qonşu ölkələrin geniş ikitərəfli tərəfdaşlıq perspektivləri haqqında danışmağa icazə verir", - Türkmənistanın dövlət başçısı qeyd edib.

Tərəflər səmərəli qarşılıqlı əlaqələrin qurulmasına hazır olduqlarını qeyd edib və mövcud səylərin hər iki ölkənin maraqlarına, qardaş qonşu xalqların rifahı və tərrəqisinə xidmət edəcəyinə əmin olduqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti