...

Azərbaycanın sənaye və energetika naziri "Nabukko" üzrə hökumətlərarası müqavilənin imzalanma mərasimində iştirak edəcək

Energetika Materials 10 İyul 2009 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend /

"Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev iyulun 13-də Türkiyədə baş tutacaq "Nabukko" üzrə hökumətlərarası müqavilənin imzalanma mərasimində iştirak edəcək", - cümə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Bu gün layihə təfərrüatlı injinirinq mərhələsindədir.

Hökumətlərarası müqavilənin imzalanmasından sonrakı addım "open season" prosesi - boru kəmərinin doldurulmasına sifarişlərin qəbulu olacaq. Layihə üzrə sərmayə qərarının 2010-cu ilin birinci rübündə qəbul ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti