...

ARDNŞ Azərbaycanın iri neft yataqlarından birində hasilatı artırmağı planlaşdırır

Energetika Materials 29 İyul 2009 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul / Trend /

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) bu il Xəzər dənizinin Azərbaycana aid hissəsində eyni adlı yataqda "Neft daşları - 1887" platformasında altı yeni quyunu istifadəyə verməyi planlaşdırır. Bu barədə ARDNŞ-in məlumatında deyilir. Yeni quyuların istifadəyə verilməsi platformadan sutkalıq hasilatı 570 tona qədər artırmağa imkan verəcək.

Məlumatda deyildiyi kimi, üç il ərzində bu platformada 18 quyu qazılıb. Onlardan 14-ü hazırda istifadə olunur. Bu quyulardan sutkalıq debit 420 tondur. Quyulardan üçü təmir gözləyir, biri isə istifadəyə verilmə mərhələsindədir, yaxın zamanlarda ARDNŞ-in "Neft Daşları" neftqazçıxartma idarəsinin fonduna daxil ediləcək. 

ARDNŞ "Neft Daşları - 1887" platformasından sutkalıq hasilatı min tona çatdırmaq niyyətindədir.  

"Neft Daşları" yatağı Azərbaycanın dənizdə neft hasilatına başladığı ilk yataqdır. Bu il yataqda ümumilikdə 21 quyunun qazılması planalaşdırılır. 

Yeni quyuların qazılması Azərbaycan Prezidentinin "Neft Daşları" neftqazçıxarma idarəsinin hasilat həcminin 812 min ton neftdən 1,2 milyon tona qədər (1,5 dəfə) artırılması barədə əmri çərçivəsində həyata keçirilir. ARDNŞ geoloqlarının qiymətləndirməsinə görə, "Neft Daşları" yatağında qalan neftin həcmi 30 milyon tondur. Yataqdan neft hasilatını artırmaq üçün 2010-cu ilə qədər ARDNŞ 78 yeni quyu qazacaq.

Xəbər lenti

Xəbər lenti