...

ARDNŞ ilin ikinci yarısında Gürcüstan bazarında kommersiya qazının satışını artıracaq

Energetika Materials 29 İyul 2009 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir E.İsmayılov /

SOCAR Georgia Gas şirkəti (SOCAR Energy Georgia-nın törəmə müəssisəsi) bu il Gürcüstan bazarında 120 milyon kubmetr kommersiya qazının satışını planlaşdırır. Bu barədə çərşənbə günü SOCAR Georgia Gas şirkətinin başçısı Anar Məmmədov bildirib.

"İlin birinci yarısında kommersiya qazı tədarükünün həcmi bütövlükdə ilkin proqnozlara cavab verir. Təbii qaz tədarükünün proqnozlaşdırılan həcminin ilin ikinci yarısından təmin edilməsi üçün əsas var", - deyə Məmmədov bildirib.

Məmmədovun da bildirdiyi kimi, ilin birinci yarısında Gürcüstan bazarında 57 milyon kubmetr kommersiya qazı satılıb.

"Proqnoz qiymətlərinə əsasən, 2009-cu ilin ikinci yarısında SOCAR Georgia Gas Gürcüstana ilin birinci yarısı ilə müqayisədə 10,5 faiz artımla 63 milyon kubmetr kommersiya qazı satacaq", - deyə Məmmədov bildirib.

SOCAR Energy Georgia ARDNŞ-nin törəmə şirkətidir və Gürcüstanda neft və neft məhsulları bazarında marketinq və distribusiya ilə məşğul olur.  Şirkət əsasən Gürcüstan bazarında neft məhsulları və qaz satır. SOCAR Georgia-nın təsisçiləri: ARDNŞ - 51 faiz, Petro-Trans - FZCO 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti