...

Azərbaycan-Özbəkistan alyansı Azərbaycanda sorbent istehsalına başlayıb

Energetika Materials 29 İyul 2009 19:21 (UTC +04:00)
"Ekol Mühəndislik Xidmətləri" QSC və Özbəkistanın "Ekonordragmet" şirkəti arasında yaradılmış alyans çərçivəsində Bakıda sorbentin birinci partiyası istehsal olunub. Bu barədə QSC-dən məlumat verilib.

Azərbaycan, Bakı, 29 iyul / Trend /

"Ekol Mühəndislik Xidmətləri" QSC və Özbəkistanın "Ekonordragmet" şirkəti arasında yaradılmış alyans çərçivəsində Bakıda sorbentin birinci partiyası istehsal olunub. Bu barədə QSC-dən məlumat verilib.

Müqavilənin şərtlərinə müvafiq olaraq, QSC-nin istehsalat ərazisində Özbəkistandan gətirilmiş sorbent istehsalı üzrə avadanlıqlar quraşdırılıb. Sorbent istehsalı üzrə qurğunun gücü saatda 30 kiloqram məhsuldur.

Sorbent çirlənmiş ərazilərin və nohurların neftdən təmizlənməsində çox güclü vasitədir. "Ekol" istehsal olunmuş sorbentdən öz sifarişçilərinin istehsalat ərazilərində yerləşən süni nohurların və çirklənmiş torpaqların neftdən təmizlənməsində istifadə edəcək. Bu da öz növbəsində QSC-nin həyata keçirdiyi ekoloji layihələrin iqtisadi və ekoloji məhsuldarlığını əhəmiyyətli dərəcədə artıracaq.

Sorbent istehsalı üçün gətirilən avadanlıqlar Özbəkistanın "Ekonordragmet" şirkətinin lisenziyalı məhsullarıdır. Yaradılmış alyansa müvafiq olaraq, bütün gərəkli avadanlıqlar özbək şirkətindən gətirilməli və quraşdırılmalıdır.

Fevralın sonunda Azərbaycanın "Ekol" QSC və Özbəkistanın "Ekonordragmet" şirkəti Bakıda sorbent istehsalı üzrə birgə alyans yaratmaq barədə müqavilə imzalayıblar. Razılaşma özbək tərəfinin Azərbaycana səfəri zamanı imzalanıb.

2006-cı il martın 1-də Abşeron yarımadasında ekoloji problemləri aradan qaldırmaq üçün yaradılan "Ekol" QSC-nin təsisşiləri ARDNŞ (51 faiz) və Lancer S.A. Services-dir (49 faiz).

Özbək-ingilis birgə müəssisəsi "Ekonordragmet" 15 fevral 2006-cı ildə yaradılıb və Özbəkistanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti