Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir A.Bədəlova /
ABŞ-ın Energetika İnformasiyaları Dövlət İdarəsi (EIA) WTI yüngül ABŞ neftinin orta qiymətinin 2009-cu ilin dördüncü rübündə bir barel üçün 70 dollar olacağını gözləyir ki, bu da ilin birinci rübü ilə müqayisədə 27 dollar çoxdur.
EIA-nın qroqnozuna görə, 2009-ci il ərzində WTI-nin orta qiyməti 60 dollar/barel olacaq.
EIA-nın proqnozuna görə, 2010-cu ildə iqtisadi şəraitin yaxşılaşması fonunda WTI-nin orta qiyməti cüzi miqdarda artacaq - bir barel üçün 72 dollara qədər.
Dünya bazarlarında neftin qiyməti ardıcıl olaraq üç gündür ki, aşağı düşür. Çərşənbə axşamı, avqustun 11-də keçirilən hərracın yekununa görə, Nyu-York Əmtəə Birjasında (NYMEХ) WTI-yə fyuçers müqaviləsinin qiyməti sentyabr tədarükü ilə 1,15 dollar - 69,45 dollar/barelədək aşağı düşüb. Neftin Şimal dənizi növü - Brentə fyuçers müqaviləsi 1,05 dollar - 72,45 dollar/barelədək aşağı düşüb.
EIA 1977-ci ildə Konqres tərəfindən yaradılmış Energetika üzrə ABŞ Departamentinin Statistika Agentliyidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]