...

Bakıda qaz istehlakı sabit qalır

Energetika Materials 31 Avqust 2009 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir E.İsmayılov /

Hazırda "Azəriqaz" İstehsalat Birliyi yanında "Bakqaz" İdarəsinin (Bakıda qazı paylayan və satan) Bakı şəhərinin qaz sisteminə qaz verilişinin orta sutkalıq həcmi 3,4 milyon kubmetr təşkil edir. Bu barədə bazar ertəsi idarədəki mənbədən məlumat verilib. "Azəriqaz" İB ARDNŞ-nin tərkibinə daxildir.

"Hazırda paytaxtda qaz istehlakı sabitdir. Bu günə Bakının orta sutkalıq qaz sərfi təxminən 3,4 milyon kubmetr təşkil edir", - mənbədən deyilib.

Mənbədən bir müddət öncə bildirildiyi kimi, yanvar-iyulda paytaxtın qaz sisteminə 1,6 milyard kubmetrdən çox qaz verilib.

İyulda paytaxtın qaz sisteminə iyundakı 114 milyon kubmetrdən çox göstəriciyə qarşı 109 milyon kubmetrə yaxın qaz verilib. Mayda sistemə təxminən 141 milyon kubmetr qaz verilib.

Ötən il İB Bakının qaz sisteminə ümumilikdə təxminən 2,45 milyard kubmetr qaz verib.

2008-ci ildə İB şəhərin qaz sisteminə qaz verilməsinin mövsümi rejimindən (yay və qış mövsümü) tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmini istehlakçıların tələbatı müəyyənləşdirib. Əvvəllər yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr təşkil edirdi. Qış mövsümündə isə bu rəqəm 10-13 milyon kubmetr olurdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti