...

"Cənub qaz dəhlizi" layihəsi həyata keçirilməlidir – Böyük Britaniyanın energetika naziri

Energetika Materials 16 Sentyabr 2009 11:07 (UTC +04:00)
Böyük Britaniya Avropa İttifaqının əsas komponenti enerji tədarükü marşrutlarının diversifikasiyası olan enerji siyasətini dəstəkləyir, çərşənbə günü Böyük Britaniyanın energetika naziri Lord Hant (Lord Hunt) deyib.
"Cənub qaz dəhlizi" layihəsi həyata keçirilməlidir – Böyük Britaniyanın energetika naziri

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir A.Bədəlova /

Böyük Britaniya Avropa İttifaqının əsas komponenti enerji tədarükü marşrutlarının diversifikasiyası olan enerji siyasətini dəstəkləyir, çərşənbə günü Böyük Britaniyanın energetika naziri Lord Hant (Lord Hunt) deyib.

"Diversifikasiya təhlükəsizliyin əsas təminatlarından biridir", - Hant Bakıda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, "Cənub qaz dəhlizi"nin yaradılması bu məqsədə çatmaqda mühüm vasitədir. Nazir əminliyini bildirib ki, layihə tamamilə reallaşdırıla bilər və reallaşdırılmalıdır. Hant həmçinin onun investisiyalaşdırılmasının əhəmiyyətinin zəruriliyini qeyd edib.

"Bizə siyasi sərbəstlik, eləcə də realizə nöqteyi-nəzərindən praktiki addımlar lazımdır", - nazir deyib.

Hant deyib ki, Böyük Britaniyanın karbohidrogen ehtiyatlarının işlənməsində təcrübəsi layihənin həyata keçirilməsi üçün lazımi investisiyanın təmin edilməsində əhəmiyyətli ola bilər.

"Azərbaycanın mövqeyi ölkəyə regionda lider olmağa və digər ölkələrin hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulmasını təmin etməyə imkan verir", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti