...

İran sutkalıq qaz istehsalını bir milyard kubmetrə qədər artırmağı planlaşdırır – NIGC-nin top-meneceri ilə MÜSAHİBƏ

Energetika Materials 16 Sentyabr 2009 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir T.Cəfərov /

Trend -un Fars redaksiyasının Gas Infrastructure World Caspian-2009 beynəlxalq konfransında iştirak edən İranın Milli Qaz Şirkətinin (NIGC) dispetçer mərkəzinin direktoru Həsən Müntəzər Türbəti ilə müsahibəsi

Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlığı necə dəyərləndirirsiz?

- Hazırda bizim Azərbaycanla qaz mübadiləsinə dair müqaviləmiz var. Belə ki, biz qazı Azərbaycandan alırıq və aldığımız həcmdə qazı svop formasında Naxçıvan sərhədindən Azərbaycana qaytarırıq. Biz Azərbaycanla qaz sahəsində müqavilələrimizin səviyyəsini artırmaq niyyətindəyik. Birinci mərhələdə çalışırıq ki, iki ölkənin mövcud imkanlarına və boru kəmərlərinin potensialına görə qaz həcmini artıraq. Hazırda bu sahədə müzakirə aparılır.

Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi layihəsinin iştirakçısı olaraq, onun ikinci fazasında qazın idxalına başlamaq niyyətindəyik.

- İranın "Nabukko" layihəsinə qoşulmaq üçün hansıa planları var?

"Nabukko"-nun İran qazının Avropaya nəqli üçün münasib yollardan biri olmasına baxmayaraq, biz bu boru kəməri ilə məhdudlaşmırıq. Bizim digər yollarımız və imkanlarımız var. İmkanlarımızdan biri də budur ki, tez bir zamanda Avropa şirkətləri və ölkələri ilə müqavilələr bağlayaq və İran qazını onlara öz sərhədimizdə təhvil veririk. Bununla qaz tranziti ilə bağlı narahatçılığın bir çox hissəini Avropa şirkətləri özləri həll edib İran qazını nəql edəcəklər. Biz yalnız müqavilələrimizə əsasən öz qazımızı İran-Türkiyə sərhədində təhvil veririk.

- Son vaxtlar İran Türkmənistandan ildə 14 milyard kubmetr qaz almaq üçün yeni boru kəmərinin tikintisi ilə bağlı razılaşma əldə edib. Hadisələrin sonrakı inkişafı barədə nə deyə bilərsiniz?

- Bizim Türkmənistanın "Türkmənqaz" şirkəti ilə 14 kubmetr həcmində qazın alınması üzrə müqaviləmiz var. Biz əvvəlcə türkmən qazını Çalayıq qaz ehtiyatları regionundan alırdıq. Cari ildə razılaşdırdıq ki, Çalayıq regionundan əlavə Dövlətabad regionundan da qaz idxal edək. Bunun üçün Türkmənistan Dövlətabaddan İranın Sərəxs sərhəd regionuna qədər boru kəməri çəkəcək. İran da Sərəxsdən daxili boru kəməri şəbəkəsinə birləşmək üçün boru kəməri çəkəcək. Türkmənistanın daxilində çəkiləcək boru kəmərinin uzunluğu 30 kilometr olacaq. Bu boru kəmərinin inşası həm bizim üçün və həm də Türkmənistan üçün yaxşı şərait yaradacaq. Bu boru kəməri bizə müqavilədən əlavə qaz mübadiləsi sahəsində əməkdaşlıq üçün şərait yaradacaq. Ona görə ki, bu boru kəməri İranın əsas boru kəməri şəbəkəsinə birləşməklə Türkmənistan qazının tranzitinə, mübadiləsinə və alınmasına şərait yaradır.

- Hindistanın "Sülh" boru kəmərində iştirakdan imtina etməsi barədə məlumatlar var.

- "Sülh" boru kəməri ilkin mərhələdə İran, Pakistan və Hindistanın iştirakı ilə çəkilməli idi. Hindistanın bu layihədə iştirakı həm bizim üçün və həm də Hindistan üçün mənfətli olacaq. Lakin bu o demək deyil ki, Dehlinin bu layihədən kənarlaşması ilə "Sülh" boru kəməri iqtisadi baxımdan əlverişsiz layihədir. İranın öz qazını dünyanın müxtəlif regionlarına nəql etmək potensialı var. Bunun üçün də Hindistana qaz satmamaqla elə də çox şey itirmirik. İnanırıq ki, Hindistan gələcəkdə bu layihəyə qoşulacaq.

- İranın daxili bazarında artan qaz tələbatını nəzərə alaraq, ölkənizin ixrac etmək üçün artıq qazı olacaqmı?

Həqiqətən də İran ötən illərdə qaz tələbatı artıb. Bu məsələ ilə bağlı iki şeyi nəzərə almaq lazımdır. Ötən illərdə İranda qazı digər enerji mənbələri ilə əvəz etmək üçün iş aparılırdı. Hazırda bu iş tamamlanıb. İranın 98 faiz şəhərləri qaz istehlak edir və bu sahədə iş aparmağa daha bir o qədər də ehtiyac yoxdur. Digər bir məsələ isə budur ki, İranda qazın qiyməti indiyədək ucuz idi. Qaz qiymətinin ucuz olması istehlakın standartdan çox olmasına səbəb olurdu. Hazırda dövlət bəzi proqramlar, o cümlədən istehlak qaydalarına dəyişikliklər layihəsinin icrası və qaz qiymətlərində islahat aparmaqla ölkədə qaz məsrəfinin idarə edilməsi həyata keçirilir.

İran hazırda qaz ehtiyatlarına görə dünyana ikinci yerdədir. Ölkənin gələcək prespektiv planına əsasən gələn 15 il ərzində İran dünyanın üçüncü qaz istehsalçısına çevriləcək. Buna görə də Avropa, Pakistan və Hindistan kimi ölkələrin qaz ehtiyaclarını təmin etmək bizim gələcək prespektiv planlarımızda öz əksini tapıb. Uzunmüddətli proqramlar hesabına biz sutkalıq qaz hasilatını bir milyard kubmetrədək artırmaq niyyətindəyik.

Xəbər lenti

Xəbər lenti