...

Azərbaycan kiçik SES-lərin inşası üçün xarici sərmayədarlar cəlb etmək niyyətindədir

Energetika Materials 20 Noyabr 2009 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir E.İsmayılov/

Özəl Yunanıstan şirkəti Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı çərçivəsində kiçik su elektrik stansiyalarının (SES) inşasına maraq göstərir. Bu barədə hökumətdəki mənbədən bildirilib.

Şirkətə artıq Azərbaycan regionlarında kiçik SES-lərin inşasının bir neçə hazır layihəsi təklif edilib.

"İri yunan şirkəti Azərbaycanda kişik SES-lərin inşasına investisiya qoymaqda maraqlıdır. Bu həm də bizim maraqlarımızdadır. Çünki biz ölkədə alternativ və bərpa edilə bilən enerji mənbələrinin, o cümlədən regionların inkişafında və yeni iş yerlərinin açılmasında maraqlıyıq. Abşeronda bənzər stansiyanın inşası üçün imkan yoxdur", - mənbə deyib.

Mənbənin sözlərinə görə, artıq kiçik SES-lərin inşası üzrə 4-5 hazır layihə var. Layihələrin texniki iqtisadi əsaslandırılmsı hazırdır və burada lazımi investisiyanın tam həcmi hesablanıb.

İlk növbədə, Göyçay və Mingəçevirdə SES-lərin inşasına başlamağı planlaşdırırıq. Regionlarda kiçik SES-lərin tikilməsi iri SES-lərin tikilməsindən daha məqsədəuyğundur, çünki böyük SES-lərin inşası böyük həcmli investisiyalar tələb edir və ekologiyaya güclü təsir göstərir. Həmçinin ölkənin şimalındakı, xüsusilə də Balakən və Zaqatalada SES-lərin inşası planlaşdırılır. "Regionlarda kiçik SES-lərin tikintisi yerli əhalinin işə cəlb edilməsi baxımından çox yaxşıdır", - deyə mənbə əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti