...

"Bakı-Tbilisi-Ceyhan" boru kəməri vasitəsilə yanvar-noyabrda 33 milyon tondan artıq neft nəql edilib

Energetika Materials 9 Dekabr 2009 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr / Trend /

"Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri vasitəsilə yanvar-noyabrda 33,4 milyon ton neft nəql edilib. Bu barədə ARDNŞ-dən çərşənbə günü yayılan məlumatda deyilir.

Noyabrda neft kəməri vasitəsilə 2,9 milyon ton Azərbaycan nefti nəql edilib.

BTC neft kəməri vasitəsilə əsasən Azərbaycanın Azəri Light markalı yüngül nefti və az həcmdə Qazaxıstanın "Tengiz" yatağında hasil edilən neft nəql olunur. Bu boru kəməri vasitəsilə ilə Tengiz neftinin nəqli keçən ilin oktyabr ayında başlayıb.

Yanvar-noyabrda BTC vasitəsilə 1,8 milyon ton Qazaxıstan nefti nəql edilib. Noyabrda bu göstərici 188,7 min ton təşkil edib.

Yanvar-noyabr aylarında Türkiyənin Ceyhan limanından dünya bazarlarına 33,5 milyon ton Azərbaycan nefti çıxarılıb. Noyabrda bu göstərici 2,8 milyon ton təşkil edib. Dekabrın 1-nə olan məlumata görə, boru kəmərinin fəaliyyətə başladığı andan onun vasitəsilə 103,7 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycanın, 249 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci ilin mayında başlanılıb.

BTC neft kəmərinin inşası 4 milyard dollara başa gəlib. Bu, inşaat işlərinə sərf edilən vəsaitdir. Boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizləri bu məbləğə daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti