...

Azərbaycanda yanacaqdoldurma stansiyalarında yanacağın keyfiyyəti üzrə monitorinq keçirilir

Energetika Materials 10 Dekabr 2009 14:54 (UTC +04:00)

Azərbaycan,Bakı, 10 dekabr / Trend , müxbir E.İsmayılov/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi neft məhsullarının keyfiyyətini müəyyənləşdirmək məqsədilə Azərbaycanın bütün regionlarındakı yanacaqdoldurma stansiyalarında monitorinq keçirir, cümə axşamı komitədən deyilib.

"Hazırda monitorinqlər aparılır və onların gələn il də davam edəcəyi planlaşdırılır", - komitədən deyilib.

Mənbənin sözlərinə görə, Bakı və ona yaxın qəsəbələrdə 37 YDS-da aparılan monitorinqlərin yekunu göstərib ki, onlardan 5-də dizel yanacağı keyfiyyət tələblərinə cavab vermir. 2 YDS-da isə A-95 markalı benzinin keyfiyyət göstəriciləri aşağı olub.

Ölkə regionlarında aparılan yoxlamalar zamanı alınan məlumatların nəticələri yaxın zamanlarda bəlli olacaq.

Hazırda komitə Azərbaycandakı neft layihələrində iştirak edən və YDS şəbəkəsinə malik olan Rusiyanın Lukoli neft şirkətinin və ARDNŞ-ın neft bazalarında da monitorinq keçirir. "İndiyədək heç bir problem aşkar edilməyib, lakin netf bazalarında aparılan monitorinqlər hələ başa çatmayıb", - mənbə deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti