...

Yanvar-noyabrda ARDNŞ Azərbaycanın daxili bazarında 500 min tondan artıq neft məhsulları satıb

Energetika Materials 10 Dekabr 2009 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend /

Yanvar-noyabr aylarında ARDNŞ tərəfindən Azərbaycanın daxili bazarında 539,4 min ton neft məhsulları satılıb. Keçən ilin analoji dövründə bu göstərici 613,2 min ton təşkil edib. Noyabr aryında isə daxili bazarda 51,3 min tondan artıq neft məhsulları satılıb. Bu barədə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumatda deyilir.

Azərbaycanın daxili bazarında satılan neft məhsullarının ümumi cədvəli:

Neft məhsulları (tonla)

Noyabr

2009-cu il (yanvar-noyabr)

Avtomobil benzini

17,954

177,677

Dizel yanacağı

30,645

328,352

Kerosin

457

9,877

Soba mazutu

2,293

23,497

Xəbər lenti

Xəbər lenti