...

Azərbaycan və İran qaz sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər

Energetika Materials 14 Dekabr 2009 16:34 (UTC +04:00)
Azərbaycan və İran qaz sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tehrana rəsmi səfəri çərçivəsində iki ölkənin XİN rəhbərləri arasındakı danışıqların yekununa dair mətbuat konfransında bildirib.
Azərbaycan və İran qaz sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər

İran, Tehran, 14 dekabr / Trend , müxbir İ.Səltənətpur/

Azərbaycanİran qaz sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tehrana rəsmi səfəri çərçivəsində iki ölkənin XİN rəhbərləri arasındakı danışıqların yekununa dair mətbuat konfransında bildirib. Trend -ın xüsusi müxbiri Tehrandan məlumat verir.

"Görüş zamanı iki ölkənin bu sahədə əməkdaşlığı müzakirə olunub və energetika idarələrinin rəhbərləri yaxın zamanlarda bu müqaviləni reallaşdıracaqlar", - Məmmədyarov deyib.

Hazırda Tehranda aparılan danışıqların yekunu olaraq ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İran Milli Qaz şirkətinin nümayəndələrinin Azərbaycan qazının tədarük edilməsinə dair müqavilə imzalayacaqları gözlənilir.

İlin əvvəlindən ölkələr arasında mövcud olan inftastrukturların imkanlarına müvafiq olaraq müəyyən həcmdə Azərbaycan qazının İrana tədarük ediləcəyi planlaşdırılır. Hazırda infrastrukturlar ildə 500 milyon kubmetr qaz tədarük etməyə imkan verir. Tərəflər qaz-kompressor stansiyalarının ötürücülük qabiliyyətinin artırılması hesabına gələcəkdə ötürmə qabiliyyətini artırmaq niyyətindədir.

Qazın qiyməti göstərilmir.

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhraminin bir müddət əvvəl dediyi kimi, İran Azərbaycandan ildə beş milyard kubmetrədək qaz almaq niyyətindədir.

Azərbaycan dörd istiqamətdə qaz ixrac edir - Türkiyə, Gürcüstan, Rusiya və İran. Türkiyə və Gürcüstana hazırda tədarük edilir, ilin əvvəlindən isə Rusiyaya qaz ixrac ediləcək. Azərbaycan İrana Naxçıvan MR-i təmin etmək üçün mübadilə şərtləri ilə (svop) qaz ixrac edir.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr - 296,5 kilometri Azərbaycan ərazisində yerləşən "Qazı Məhəmməd-Bind-Biand" qaz kəməri əlaqələndirir. Bu boru kəmərinin layihə üzrə ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edib. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Bu istiqamətində üç kompressor stansiyası - Qazı Məhəmməd, Ağdaş və Qazax stansiyaları tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqi gücündə nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 millimetridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti