...

Türkiyənin energetika naziri Türkmənistanda səfərdədir

Energetika Materials 6 Yanvar 2010 10:50 (UTC +04:00)

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız çərşənbə axşamı Türkmənistanİran arasında Dövlətabad-Sərəxs-Xangiran qaz kəmərinin açılışında iştirak etmək üçün Aşqabada gəlib. Məlumatı Anadolu agentliyi yayıb.

Yıldız Aşqabadda Türkmənistanın Karbohidrogen resurslarının idarə olunması və istifadəsi üzrə Dövlət Agentliyinin direktoru Yaqşigeldi Kakayevlə danışıqlar aparıb.

Görüş zamanı Yıldız Türkmənistana "bu ölkənin uğurlarını bölüşmək üçün" gəldiyini deyib.

Kakayev öz növbəsində bildirib ki, Türkmənistan 2009-cu ildə energetika sektorunda Türkmənistan və Çin arasında qaz kəmərinin istismara verilməsi, həmçinin enerji resurslarının alternativ marşrutlarının inkişafı kimi mühüm nailiyyətlər əldə edib.

"Alternativ marşrutların sayının artırılması ilə türkmən qazı Türkiyəyə çatdırılır", - Kakayev deyib.

Türkmənistana səfəri çərçivəsində Yıldızı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovİran Prezidenti Mahmud Əhmədinejat Aşqabadda qəbul edəcək.

Yıldızın çərşənbə axşamı Dövlətabad-Sərəxs-Xangiran qaz kəmərinin təntənəli açılış mərasimində iştirakı gözlənilir.

Nazir Yıldız açılış mərasimində iştirak etdikdən sonra Türkiyəyə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti