...

ARDNŞ Gürcüstanda satılan qazın həcmini açıqlayıb

Energetika Materials 11 Yanvar 2010 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir E.İsmayılov/

SOCAR Georgia Gas 2009-cu ildə Gürcüstan bazarında 140 milyon kubmetrə yaxın kommersiya qazı satıb, ARDNŞ-ın Gürcüstan bazarında maraqlarını təmsil edən SOCAR Energy Georgia şirkətindən mənbə bazar ertəsi deyib.

"Ümumilikdə keçən il Gürcüstan bazarında 140 milyon kubmetrə yaxın kommersiya qazı satılıb", - mənbə deyib.

2008-ci ilin noyabr ayında Azərbaycan və Gürcüstan arasında ARDNŞ-ın 2009-cu ildən başlayaraq növbəti 5 il ərzində Gürcüstan bazarında fəaliyyətini aktivləşdirmək imkanı yaradan saziş imzalayıb. Memaranduma əsasən ARDNŞ layihənin reallaşması üçün SOCAR Georgia Gas törəmə müəssisəni yaradıb.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distribusiya və marketinq ilə məşğuldur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satışını həyata keçirir. SOCAR Georgia-nın həmtəsiçiləri - ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvilidir - 16,3 faiz.

Xəbər lenti

Xəbər lenti