...

Azərbaycanın servis şirkəti yeni avadanlıq əldə edib

Energetika Materials 14 Yanvar 2010 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Tren Capital, müxbir E.İsmayılov/

"Metal Qaynaq Sınaq" QSC (MQS) AB Kranlyft şirkətinin məhsulu olan ilk mini kran əldə edib, - bu barədə Kranlyft şirkətinin məlumatında deyilir. Kran - MC405CRM bütün Xəzər regionunda Maeda tipli ilk mini krandır.

MQS 1998-ci ildə Bakıda yaradılıb. MQS 220 işçisinin 99,5 %-nin Azərbaycan vətəndaşları təşkil etdiyi 100%-li Azərbaycan şirkətidir.

Şirkətin əsas məqsədi Xəzər regionunda neft və qaz layihələri üçün servis xidmətlərinin göstərilməsidir.

Kranlyft - şirkətinin texniki mütəxəssisi MQS-nin krançı və mexaniklərinin hazırlanması məqsədil ilə Azərbaycana sıfər edib. Onlar gələcəkdə Maeda tipli kranlarda işləyəcək və xidmət göstərəcəklər.

AB Kranlyft şirkətinin Böyük Britaniya və İsveçrədə nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti