...

2009-cu ildə Gürcüstanın Poti Beynəlxalq ticarət limanı 900 min tondan çox maye yük daşıyıb

Energetika Materials 21 Yanvar 2010 19:50 (UTC +04:00)
2009-cu ildə Gürcüstanın Poti beynəlxalq dəniz limanı təxminən 904 min ton maye yük daşıyıb ki, bunun da 105,6 min tonu Azərbaycanın payına düşüb.

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir E.İsmayılova/

2009-cu ildə Gürcüstanın Poti beynəlxalq dəniz limanı təxminən 904 min ton maye yük daşıyıb ki, bunun da 105,6 min tonu Azərbaycanın payına düşüb. Bu barədə limandan Trend -a deyilib.

2009-cu ildə Poti limanı vasitəsilə ümumilikdə 6,1 milyon ton müxtəlif yüklər daşınıb.

Limandan bildirilib ki, 2009-cu ildə Poti dəniz limanı vasitəsilə 172,8 min ton konteyner yükləri daşınıb.

Limanın rəsmi saytında deyildiyi kimi, Poti limanında cəmi 15 yanalma körpüsü var.

Xəbər lenti

Xəbər lenti