Azərbaycan, Bakı, 16 fevral / Trend /
Yanvarda Azərbaycanda 4,27 milyon tona yaxın neft və kondensat istehsal olunub ki, bu da 2009-cu ilin yanvar ayındakı neft və kondensatın hasilat göstəricisindən 17,6% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ay istehsal olunan neftin əsas həcmi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür. ABƏŞ "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 3,5 milyon ton neft və qaz-kondensat hasil edib ki, bu da ötən ildəki göstəricidən 21,5% çoxdur.
Yanvarda Azərbaycanda qaz hasilatı 2,27 milyard kubmetrə yaxın olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,8% çoxdur. "Azəri-Çıraq-Günəşli" (səmt qazı) və "Şahdəniz" yataqlarının payına 946,7 milyon kubmetr qaz düşüb ki, bu da 2009-cu ilin yanvarındakı göstəricidən 5,3% azdır.
2009-cu ildə Azərbaycanda 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2008-ci ilə nisbətən 12,9% azdır.