...

Gürcüstanda Azərbaycanın neft məhsulları ilə dolu sisternlər aşıb

Energetika Materials 2 Aprel 2010 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbirlər E.İsmayılov, N.Kirsxaliya/

Cümə günü səhər Tbilisinin Samqori rayonunda dəmiryolda baş verən texniki problem nəticəsində ARDNŞ-yə məxsus dizel yanacağı ilə dolu üç sistern relsdən çıxıb. Bu barədə cümə günü "Gürcüstan Dəmir Yolu" MMC-dən Trend-in Gürcüstandakı xüsusi müxbirinə məlumat verilib. Xəsarət alan yoxdur.

Gürcüstanda ARDNŞ-nin törəmə müəsisəsi olan SOCAR Energy Georgia da baş verən hadisəni təsdiqləyib.

"Sisternlərin relsdən çıxması dəmiryoldakı problem səbəbindən baş verib və onlar bunu inkar etmirlər", - mənbə bildirib.

Onun sözlərinə görə, sisternlərin yoldan çıxması nəticəsində dizel yanacağı dağılıb və hazırda digər sisternlərdə qalan məhsulların nasosla çəkilməsi demək olar başa çatıb.

Hazırda həmin yerdə hadisənin səbəblərini araşdıran mütəxəssislər işləyir.

"Əraziyə dağılan yanacağın təmizlənməsi prosesi başa çatdıqdan sonra şirkətə dəyən zərər hesablanacaq və Gürcüstan dəmir yol idarəsi dəymiş zərəri ödəyəcək", - mənbə deyib.

Dəmiryolda hərəkət dayandırılmayıb, belə ki, qəza Navtluqi paylayıcı qovşağının ehtiyat yolunda baş verib.

Xəbər lenti

Xəbər lenti