Azərbaycan, Bakı, 12 aprel /Trend/
"Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 356-cı kilometrliyində yaranmış qaz sızmasının qarşısının alınması məqsədilə aprelin 13-də saat 11.00-dan etibarən bir gün müddətində qaz təchizatı dayandırılacaq. Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi yayılan məlumatında deyilir.
Həmçinin, "Qəbələ" magistral qaz kəmərində baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar aprelin 13-də saat 10:00-dan 15:00-dək həmin kəmərlə nəql olunan təbii qazın verilişi dayandırılacaq.
Həmin müddət ərzində Qəbələ və Şabran rayonlarına təbii qazın verilişində müvəqqəti məhdudiyyətlər olacaq.