Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.İsmayılov/
Azərbaycan və Türkiyə Azərbaycan qazının qiymətinə və onun Türkiyə ərazisi vasitəsilə tranzit məsələsinə dair razılaşıblar. Bu barədə ARDNŞ-in yüksək vəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə əsasən, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində tərəflər arasında Türkiyə üçün Azərbaycan qazının qiymət məsələsi razılaşdırılıb. Həmçinin, tərəflər Türkiyə ərazisi vasıtəsilə Azərbaycan qazının tranzit qiymətinə dair razılığa gəliblər.
"Hələlik yalnız dəqiq məbləğ və prinsiplər haqqında razılıq var. Əldə edilmiş razılıq həm Türkiyənin və Azərbaycanın, həm də Avropa qaz istehlakçılarının maraqlaına cavab verir. Biz türkiyəli həmkarlarla həm qaz satışına dair, həm də bu qazın Avropa ölkələrinə tranzit qiymətinə dair optimal rəqəmləri razılaşdırmışıq", - mənbə bildirib.
ARDNŞ-in nümayəndəsi məbləği bildirmək istəməyib, ona görə ki, qiymət məsələsi kommersiyadır.
ARDNŞ nümayəndəsinin sözlərinə əsasən, tərəflər arasında əldə edilmiş razılıq rəsmiləşdirilmədən öncə bir sıra sənədlər imzalanacaq - memorondum, müqavilə, tranzit müqaviləsi.
Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollar dəyərində tədarük edilir. Bununla yanaşı, Türkiyənin daxili bazarında istehlakçılar üçün qazın 100 kubmetri 300 dollardan çox təşkil edir.
Türkiyə tərəfi ilə imzalanan müqavilədə göstərildiyi kimi, "Şahdəniz" yatağından hasil edilən qazın qiymətinə tədarükə başlanandan bir il sonra baxıla bilər, yəni yeni qiymətlər 2008-ci il aprelin 15-dən tətbiq edilə bilər.
Türkiyə tərəfi dəfələrlə birinci mərhələ çərçivəsində qazın yeni qiymətinə dair tərəflər arasında razılıq əldə edilərsə, qiymət arasındakı bütün fərqlərə hazır olduğunu bildirib. "Şahdəniz"in birinci mərhələsi çərçivəsində Türkiyəyə qaz satışı yeni qiymətlə həyata keçiriləcək.
Müqaviləyə əsasən, layihənin ilkin işlənmə mərhələsi çərçivəsində Türkiyə "Şahdəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır.
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.