...

Fitch ARDNŞ-in reytinqini "BBB-" səviyyəsinədək, proqnozu "sabit"ədək qaldırıb

Energetika Materials 24 May 2010 12:50 (UTC +04:00)
Fitch Ratings reytinq agentliyi ARDNŞ-in (Dövlət Neft Şirkəti) reytinqlərini artırıb: xarici valyutada uzunmüddətli defolt emiteti reytinqi (DER) "BB+" səviyyəsindən "BBB"dək və xarici valyutada qısamüddətli DER "B"dən "F3"dək artırılıb. Uzunmüddətli DER üzrə proqnoz "sabit"dir, - Fitch agentliyinin məlumatında deyilir.
Fitch ARDNŞ-in reytinqini "BBB-" səviyyəsinədək, proqnozu "sabit"ədək qaldırıb

Azərbaycan, Bakı, 24 may /Trend/

Fitch Ratings reytinq agentliyi ARDNŞ-in (Dövlət Neft Şirkəti) reytinqlərini artırıb: xarici valyutada uzunmüddətli defolt emiteti reytinqi (DER) "BB+" səviyyəsindən "BBB"dək və xarici valyutada qısamüddətli DER "B"dən "F3"dək artırılıb. Uzunmüddətli DER üzrə proqnoz "sabit"dir, - Fitch agentliyinin məlumatında deyilir.

Reytinqlərin artırılması cari ilin may ayının 20-də Azərbaycanın uzunmüddətli defolt emiteti reytinqinin (DER) "BB+" səviyyəsindən "BBB-"dək yüksəldilməsindən sonra baş verib.

ARDNŞ 100 faiz dövlətin mülkiyyətidir və dövlətin ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edən neft-qaz sahəsində maraqlarını təmsil edir. Belə ki, karbohidrogenlərin payına Azərbaycanın ÜDM-nin, təxminən, 60 faizi düşür. Eləcə də şirkət ölkədə ən iri vergi ödəyicisidir.

Bu səbəbdən Fitch dövlətlə şirkət arasındakı hüquqi, əməliyyat və strateji əlaqələri güclü hesab edir. Nəticədə, agentlik özünün "Əsas və törəmə şirkətlər arasında qarşılıqlı əlaqə" ('Parent and Subsidiary Rating Linkage') metodologiyasına əsaslanaraq, ARDNŞ-ə Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədə reytinq verib.

Xəbər lenti

Xəbər lenti