...

Bakıda "Abşeron" dəniz strukturunda kəşfiyyat quyusunun qazılması üzrə ekoloji tədqiqatların yekunları müzakirə olunacaq

Energetika Materials 1 İyun 2010 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Ü.İsmayılova/

Total E&P Absheron B.V. və Azekolab şirkəti "Abşeron" dəniz strukturunda ilk kəşfiyyat quyusunun qazılması üzrə ekoloji tədqiqatların yekunlarının müzakirə olunmasına dəvət edir. Bu barədə Total E&P Azerbaijan-ın rəsmi mətbuatda dərc edilmiş məlumatında deyilir.

Müzakirələrə bu işdə maraqlı olan bütün şirkətlər, həmçinin elmi və ictimai sahənin və KİV-in nümayəndələri dəvət edilir.

Müzakirələrdə bu sənədlər təqdim ediləcək - qazılması "Abşeron" blokunda baş tutacaq ABX-2 kəşfiyyat quyusuna dair ekoloji standartlar, qazıntıya başlamazdan əvvəl ətraf mühitin tədqiq edilməsinə dair sənəd, ABX-2-nin qazılması zamanı sosial və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair sənəd.

Əlavə məlumat www.azecolab.com/?page=absheron saytında yerləşdirilib.

Müzakirələr bu il iyunun 10-da saat 10:00-da Hyatt Hotel-də ("Şuşa" zalı) başlanacaq.

Xəbər lenti

Xəbər lenti