...

ARDNŞ Gürcüstanda yeni yanacaqdoldurma stansiyaları açacaq

Energetika Materials 12 İyun 2010 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

Növbəti həftə ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanda öz brendi altında iki yanacaqdoldurma stansiyası istismara verəcək. Bu məlumatı "SOCAR Energy Georgia"dakı mənbələrdən biri verib. "SOCAR Energy Georgia" ARDNŞ-in Gürcüstandakı törəmə müəssisəsidir.

"Növbəti həftə ərzində Tbilisidə 2 stansiyanın açılması planlaşdırılır", - mənbə məlumat verib.

Onun sözlərinə görə, hal-hazırda Gürcüstanda SOCAR brendi altında 32 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir.

Mənbənin əvvəlki məlumatına əsasən, 2010-cu ildə Gürcüstanda SOCAR brendi altında 30-a yaxın yanacaqdoldurma stansiyasının açılması planlaşdırılır.

"SOCAR Energy Georgia" Gürcüstanın neft və neft məhsulları bazarında distribüsiya və marketinqlə məşğul olur. Şirkət Gürcüstan bazarında neft məhsullarının və qazın satışı ilə məşğuldur.

"SOCAR Georgia" həmtəsisçiləri : ARDNŞ - 51 faiz, "Petro-Trans FZCO" - 24,5 faiz və İvan Çxartişvili - 24,5 faiz.

Xəbər lenti

Xəbər lenti