...

Azərbaycanın enerji sisteminin ehtiyat potensialı 1000 meqavat təşkil edir – nazir müavini

Energetika Materials 14 İyul 2010 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və ixrac oluna bilən 1000 meqavata yaxın həcmdə ehtiyata malikdir. Bu barədə Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov çərşənbə günü Bakıda bildirib.

Hazırda Azərbaycanda 12 istilik və 6 su-elektrik stansiyası var. Onların ümumi gücü 6400 meqavatdır. Ölkədə istehsal olunan enerjinin 90 faizi istilik-elektrik stansiyalarının və 10 faizi su-elektrik stansiyalarının payına düşür.

Azərbaycan, həmçinin, ixrac potensialının artırılması üzrə bir sıra layihələri reallaşdırır və həyata keçirir. Ölkədən elektrik enerjisi Rusiya, İran və Gürcüstana nəql olunur. Bu gün İrana elektrik enerjisinin ixracının artırılması, İran-Azərbaycan-Rusiya və Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi sistemlərinin sinxronlaşdırılması layihələri reallaşdırılır.

Xəbər lenti

Xəbər lenti