...

"Bureau Veritas" ARDNŞ yataqlarında yoxlama proseslərinə başlayıb

Energetika Materials 26 İyul 2010 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

"Bureau Veritas" sertifikasiya şirkəti BMT-nin Təmiz İnkişaf Mexanizmi çərçivəsində "Neft Daşları" və "Palçıq Pilpiləsi" dəniz yataqlarında səmt qazlarının yığımı və emalı üzrə layihənin həyata keçirilməsinin validasiyası prosesinə başlayıb. Bu barədə adıçəkilən yataqların balansında olduğu ARDNŞ-nin Ekologiya İdarəsinin bazar ertəsi yayılan məlumatında deyilir.

Əvvəllər "Bureau Veritas" "Neft Daşları"nda BMT-nin Təmiz İnkişaf Mexanizmi layihəsinin həyata keçirilməsinə nəzarət edilməsi və yoxlamanın aparılması üçün təyin edilmişdi.

Məlumatda deyildiyinə görə, bu məqsədlə "Bureau Veritas"ın mütəxəssisi və bu layihənin məsləhətçisi kimi çıxış edən Almaniyanın "Gazprom Germany GmbH" şirkətinin nümayəndələri ilə birlikdə layihənin qiymətləndirilməsi aparılıb.

Səfər çərçivəsində validator prosesdən razı qaldığını bildirib və bəzi sənədləşmələrin dəqiqləşdirilməsi və onların təqdim edilməsi ilə bağlı tövsiyələrini verib. Validator tərəfindən layihə çərçivəsində açıq qalan məsələlər üzrə məlumatlar da istənilib.

Validatorun və layihənin məsləhətçisinin fikrincə, bu layihənin qeydə alınması prosesi cari ilin sonunadək həll edilə ilər. Validasiya prosesi davam edir.

Xəbər lenti

Xəbər lenti