...

"Chevron" Azərbaycanın iri yatağının işlənməsində öz payını artırır

Energetika Materials 17 Avqust 2010 11:18 (UTC +04:00)
Amerikanın "Chevron" şirkəti bu gün ona tam məxsus olan "Chevron Khazar Ltd" törəmə şirkətinin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz neft yatağının işlənməsində "Devon" şirkətinin iştirak payının bir hissəsini əldə etmək üzrə müstəsna hüququnu həyata keçirib.
"Chevron" Azərbaycanın iri yatağının işlənməsində öz payını artırır

Azərbaycan, Bakı, 17 avqust / Trend/

Amerikanın "Chevron" şirkəti bu gün ona tam məxsus olan "Chevron Khazar Ltd" törəmə şirkətinin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz neft yatağının işlənməsində "Devon" şirkətinin iştirak payının bir hissəsini əldə etmək üzrə müstəsna hüququnu həyata keçirib. Bu barədə şirkətin məlumatında deyilir.

"Chevron" AÇG bloku üzrə PSA tipli sazişin əlavə 0,99 faizini almaqla, öz payını 10,28 faizdən 11,27 faizədək artırıb.

"Biz bu payın əldə olunmasına və Azərbaycanda öz öhdəliklərimizin artırılmasına görə şadıq", - "Chevron" şirkətinin Azərbaycandakı regional meneceri Bob Dastmalçi bildirib. - "Bu alınma "Chevron"un bundan sonra da ölkədə iştirakının gücləndirilməsi üçün bizə imkan verəcək ".

ABƏŞ 2010-cu ildə AÇG-nin beş platformasından, orta hesabla, gündə 854 min barel neft hasil etməyi planlaşdırır.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: bp (operator - 37,43%), "Chevron" (11,27%), ARDNŞ (10%), INPEX (10,96%), "StatoilHydro" (8,56%), "ExxonMobil" (8%), TRAO (6,75%), ITOCHU (4,30%), "Hess" (2,72%).

Xəbər lenti

Xəbər lenti