...

Azərbaycanin ən iri neft layihəsində bp "Devon Enerji" şirkəti ilə sövdələşməsini başa çatdırıb

Energetika Materials 17 Avqust 2010 12:38 (UTC +04:00)
bp bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı ozünün əməliyyatçısı olduğu "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağının işlənməsində "Devon Enerji" şirkətindən əlavə iştirak payının alınması işini başa çatdırdığını élan edıb. Bu barədə çərşənbə axşamı şirkətdən yayılan məlumatda deyilir.
Azərbaycanin ən iri neft layihəsində bp "Devon Enerji" şirkəti ilə sövdələşməsini başa çatdırıb

Azərbaycan, Bakı, 17 avqust /Trend/

bp bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı ozünün əməliyyatçısı olduğu "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağının işlənməsində "Devon Enerji" şirkətindən əlavə iştirak payının alınması işini başa çatdırdığını élan edıb. Bu barədə çərşənbə axşamı şirkətdən yayılan məlumatda deyilir.

"Bu, bp və "Devon Enerji" şirkətləri arasında geniş əhatəli sövdələşmə haqqında 2010-cu ilin mart ayında verilmiş elandan sonra atılan mühüm bir addımdır ki, indi həmin sövdələşmə paketinin Azərbaycanla bağlı komponenti başa çatır. Azərbaycanda bu əlavə iştirak payının alınması bp üçün mühüm bir strateji ərazi olan Xəzər regionu ilə bağlı şirkətin uzunmüddətli öhdəliyinin bir hissəsidir. bp bu regionda artıq güclü bir mövqe tutur və onu gələcəkdə daha da gücləndirmək niyyətindədir", -  bu barədə "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir bildirib.

"Bu niyyətin digər bir əhəmiyyətli nümunəsi bu yaxınlarda ARDNŞ ilə Bakıda imzaladığımız sazişin əsas prinsipləri sənədidir. Bu sənəd Xəzər dənizində "Şəfəq-Asiman" blokunun birgə kəşfiyyatı və işlənməsi üçün yeni bir hasilatın pay bölgüsü sazişinin əsas kommersiya prinsiplərini müəyyən edir", - R.Cavanşir qeyd edib.

ACG işlənməsində "Devon Enerji" şirkətinin 5,63% iştirak payı bp (3,29%) və bu sövdələşmə ilə əlaqədar özlərinin üstünlük imtiyazı hüququndan istifadə etmiş aşağıdakı tərəfdaşlar arasında bölünəcək - "Şevron" (0,99%), (İnpeks (0,96%) və "İtoçu" (0,38%).

"Devon"dan alınmış əlavə iştirak payı bp-nin AÇG işlənməsindəki birbaşa iştirak payını 37,43%-ə, "Şevron"un, "İnpeks"in və "İtoçu"nun iştirak paylarını isə müvafiq olaraq 11,27%, 10,96% və 4,30%-ə çatdıracaq. AÇG-də qalan iştirak payları "AzAÇG" (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ortaq şirkəti - 10%), "Statoil" (8,56%), "Ekson" (8,00%), TPAO (6,75%) və "Hess" (2,72%) şirkətlərinə məxsusdur.

Mart ayının 11-də bp "Devon Enerji" ilə özünün geniş əhatəli sövdələşməsini elan etdi. Bu sövdələşmədə bp "Devon Enerji" şirkətinin Braziliyada, Azərbaycanda və ABŞ-ın Meksika körfəzinin dərinsulu hissəsindəki neft yataqlarındakı aktivlərini 7,0 milyard dollar ödəməklə almağa razılaşdı. Azərbaycanla bağlı hissə sövdələşmənin indiyədək başa çatdırılmış üçüncü elementidir. Bundan əvvəl isə sövdələşmənin Meksika körfəzindəki aktivlərin alınması və bp-nin Kanadadakı Kirbi neft laylarındakı iştirak payının 50 faizini "Devon Enerji"yə satması komponentləri başa çatdırılmışdı. Braziliyadakı aktivlərin alınması hələ yekunlaşmayıb.

Xəbər lenti

Xəbər lenti