...

Türkmənistan və Avstriya Aşqabadda işgüzar danışıqlar aparıblar

Energetika Materials 1 Sentyabr 2010 14:40 (UTC +04:00)
Aşqabadda Avstriya və Türkmənistanın dövlət strukturları və şirkətləri rəhbərlərinin iştirakı ilə işgüzar danışıqlar aparılıb. Məlumatı Türkmənistanın rəsmi mənbəsi yayıb.
Türkmənistan və Avstriya Aşqabadda işgüzar danışıqlar aparıblar

Тürkmənistan, Aşqabad, 1 sentyabr /Trend, müxbir H.Həsənov/

Aşqabadda Avstriya və Türkmənistanın dövlət strukturları və şirkətləri rəhbərlərinin iştirakı ilə  işgüzar danışıqlar aparılıb. Məlumatı Türkmənistanın rəsmi mənbəsi yayıb.

Əsas prioritet istiqamətlər alternativ enerji, ticarət, turizm, telekommunikasiya və rabitə, tikinti, tibbi avadanlıq tədarükü, əczaçılıq, ərzaq sənayesidir.

Türkmənistan bazarında "Aqrosolyution","Bertş-Laska Prodakşns und Xandels", "Qolden Eyc", "Unqer Staxlbau", "MBM", "Sonaq İndustri und Finansholdinq Aktienqeselştaf" və s. kimi şirkətlər nəzərdən keçirilir.

Türkmənistanda Avstriya kapitalının iştirakı ilə 12 təsərrüfat subyekti fəaliyyət göstərir.

Əməkdaşlığın şaxələndirilməsi kimya sənayesi, avtomobil istehsalı, dəniz gəmiçiliyi, kənd təsərrüfatı, informasiya texnologiyaları sahəsi, maşınqayırma, tikinti materialları və mineral gübrələr istehsalı sahəsində tərəfdaşlıq hesabına həyata keçirilə bilər.

Türkmənistanın paytaxtında dövlətlərin iqtisadi subyektləri arasında ixrac-idxal əməliyyatları ilə bağlı məsələlər də qaldırılıb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun 2008-ci ilin payızında Avstriyaya rəsmi səfəri ikitərəfli münasibətlərə təkan verdi.

Xəbər lenti

Xəbər lenti