...

ARDNŞ-nin Ekologiya İdarəsində Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

Energetika Materials 7 Sentyabr 2010 02:40 (UTC +04:00)
ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqat Laboratoriyasında Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir, ARDNŞ-nin məlumatında deyilir.
ARDNŞ-nin Ekologiya İdarəsində Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqat Laboratoriyasında Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir, ARDNŞ-nin məlumatında deyilir.

Texniki Əməkdaşlıq Cəmiyyətinin eksperti Hartmut Yungenin başçılığı altında ölkəmizdə səfərdə olan nümayəndə heyətinin tərkibində Almaniyanın Ekologiya Nazirliyinin nümayəndəsi xanım Astrid Makkaferi də görüşdə iştirak etmişdir, ARDNŞ-nin məlumatında deyilir.

Cənab H. Yungen Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələrinin respublikamızda, xüsusən də Sumqayıt şəhərində həyata keçirdikləri layihələr haqqında məlumat vermiş, Sumqayıt şəhərinin istehsal müəssisələrinin ərazilərindəki torpaqların kadastr planının hazırlandığını qeyd etmişdir. ARDNŞ-nin Ekologiya İdarəsinin rəis müavini Əflatun Həsənov İdarənin struktur bölmələrinin fəaliyyəti haqqında qonaqlara müfəssəl məlumat vermişdir. Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqat Laboratoriyasının gördüyü işlər slaydlar vasitəsilə qonaqlara nümayiş etdirilmişdir. Sonra qonaqlar laboratoriyanı gəzərək mütəxəssislər, onların yerinə yetirdiyi işlər və burada mövcud olan müasir avadanlıqların iş prosesi ilə tanış olmuşlar. Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri Kompleks Tədqiqat Laboratoriyasında aparılan işləri yüksək dəyərləndirərək laboratoriya əməkdaşlarına uğurlar arzulamışlar. Görüşün sonunda tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti