...

"Nabucco" üzrə ilk qaz Azərbaycan və İraqdan keçəcək- konsorsiumun rəhbəri (ƏLAVƏ OLUNUB)

Energetika Materials 15 Sentyabr 2010 13:40 (UTC +04:00)
"Nabucco" qaz kəmərinin idarəsi üzrə konsorsium Aİ tərəfindən dəstəklənən bu qaz kəməri üzrə ilk qazın nəqlini 2015-ci ildə gözləyir. "Biz gözləyirik ki, "Nabucco" üzrə ilk qaz 2015-ci ilin sonunda Azərbaycan və İraqdan gedəcək", - bu barədə çərşənbə günü Bakıda "Nabucco" konsorsiumunun direktoru Reynhard Mitçek deyib.
"Nabucco" üzrə ilk qaz Azərbaycan və İraqdan keçəcək- konsorsiumun rəhbəri (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir А.Axundov/

"Nabucco" qaz kəmərinin idarəsi üzrə konsorsium Aİ tərəfindən dəstəklənən bu qaz kəməri üzrə ilk qazın nəqlini 2015-ci ildə gözləyir. "Biz gözləyirik ki, "Nabucco" üzrə ilk qaz 2015-ci ilin sonunda Azərbaycan və İraqdan gedəcək", - bu barədə çərşənbə günü Bakıda "Nabucco" konsorsiumunun direktoru Reynhard Mitçek deyib.

Mitçekin sözlərinə görə,"Nabucco" layihəsi üzrə "Open Season" 2010-cu ilin sonu, 2011-ci ilin əvvəllərində açılacaq.

"Bu proses "Şahdəniz - 2" yatağı üzrə danışıqlara uyğunlaşdırılacaq", - Mitçek deyib.

Bu prosedur zamanı layihənin səhmdarları ildə 15 milyard kubmetrə yaxın qaz tədarük etmək imkanı əldə edəcəklər (qaz kəmərinin ümumi nəqliyyat gücünün 50 faizi), qalan 50 faiz isə eyni şərtlərlə üçüncü tərəfə təklif olunacaq.

Dəyəri 7,9 milyard avro olan "Nabucco" qaz kəmərinin inşasının başlanması 2011-ci ilə planlaşdırılıb. Onun maksimal gücü ildə 31 milyard kubmetr təşkil edir.

"2011-ci ildə layihənin maliyyələşdirilməsi üzrə bütün məsələlər həll olunacaq", - Mitçek deyib.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti