...

Bakı Dəniz Limanı yanvar-avqust aylarında 1,3 milyon tondan çox neft yükləri daşıyıb

Energetika Materials 29 Sentyabr 2010 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yanvar-avqust aylarında 1,32 milyon ton neft yükləri daşıyıb. Ötən ay bu rəqəm 1,1 milyon tondan artıq təşkil edib. Bu barədə çərşənbə günü Bakı limanındakı mənbə bildirib.

"Ümumilikdə, səkkiz ay ərzində 1,32 milyon ton neft yükləri daşınıb. Ötən illə müqayisədə bu göstərici 18 faiz azdır", - mənbə deyib.

Onun sözlərinə görə, neft yüklərinin daşınması həcminin azalması Mərkəzi Asiyadan olan neft yüklərinin bir hissəsinin hələ ötən il Səngəçal terminalına yönəldilməsi ilə izah edilir. Daşınmanı "Cross Caspian" şirkəti həyata keçirir.

Mənbənin sözlərinə görə, bu ilin yanvar-avqust aylarında 3,56 milyon ton müxtəlif yüklər daşınıb ki, bu da ötənildəkindən 7 faiz çoxdur.

2009-cu ildə Bakı limanı 2,5 milyon ton neft yükləri daşıyıb ki, bu da 2008-ci ildəki göstəricidən 10 faiz aşağıdır. 2009-cu ildə, ümumilikdə, liman 5,1 milyon ton yük daşıyıb.

Xəbər lenti

Xəbər lenti