...

Dövlət Neft Fondunun 2010-cu il büdcəsinə dəyişikliklər təsdiqlənib

Energetika Materials 1 Oktyabr 2010 15:35 (UTC +04:00)
Azərbaycan Prezidenti Dövlət Neft Fondunun (ARDNF) 2010-cu il üçün büdcəsinə dəyişiklikləri təsdiq edib. Bu barədə ARDNF-nin cümə günü yayılan məlumatında deyilir.
Dövlət Neft Fondunun 2010-cu il büdcəsinə dəyişikliklər təsdiqlənib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Prezidenti Dövlət Neft Fondunun (ARDNF) 2010-cu il üçün büdcəsinə dəyişiklikləri təsdiq edib. Bu barədə ARDNF-nin cümə günü yayılan məlumatında deyilir.

Fərmana uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilən qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin və eyni zamanda, Samur-Abşeron suvarma sisteminin yenidənqurulması ilə bağlı layihələrin vaxtında icrasını təmin etmək məqsədilə, Fondun 2010-cu il üzrə büdcəsinin qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələlərinə dair bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 80 milyon manatdan 105 milyon manata qədər, Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 110 milyon manatdan 131 milyon manata qədər artırılmaqla, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyləşdirilməsi ilə bağlı xərc maddəsi 80 milyon manatdan 34 milyon manata qədər azaldılıb.

ARDNF-nin büdcəsinə dəyişikililər bu il artıq aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə iyulda 2010-cu il üçün ARDNF büdcəsinə dəyişikliklər daxil edilib. Düzəlişlərə əsasən, Fondun büdcəsinin gəlirli hissəsi 5 963 126,7 mindən 9 032 139,4 min manata (66,4 faiz) qədər artırılıb, məxaric hissəsi - 5 428 431,2 mindən 6 428 431,2 min manata (18,4 faiz) qədər, gəlirlər strukturunda, karbohidrogen xammalının satışından daxilolmalar 5 564 476,9 mindən 8 615 782,1 min manata qədər artırılıb, vasitələrin idarə edilməsi gəlirləri 241 936 mindən 250 002,7 min manata qədər artırılıb. Azərbaycan ərazisi vasitəsilə neft və qazın nəqli üzrə gəlirlər 9 640,8 min manat səviyyəsində təyin edilib. ARDNF-nin büdcəsinin məxaric hissəsi dövlət büdcəsinə köçürmənin artırılması sayəsində 4,915 milyarddan 5,915 milyard manata qədər genişlənib.

İyulun 1-nə olan vəziyyətə görə, Neft Fondunun aktivləri ilin əvvəlinə nisbətdə (14 900,4 milyon dollar) 21,6 faiz artaraq, 18 122,3 milyon dollar təşkil edib.

Yanvar-iyunda ARDNF-nin gəlirləri 6 101,2 milyon manat, xərclər isə 2 630,2 milyon manat təşkil edib.

Oktyabrın 1-nə rəsmi məzənnə 0,8027 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti