...

İran-Türkiyə qaz kəmərinin tikintisi üzrə işlərin bir hissəsi başa çatıb

Energetika Materials 6 Oktyabr 2010 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir A. Yusifzadə/

İran Avropaya qaz ixracı layihəsi çərçivəsində Türkiyənin qaz sisteminə birləşməyə yönəlmiş qaz kəmərinin 611 kilometrlik hissəsinin tikintisini başa çatdırıb, - bu barədə çərşənbə günü  Mehr agentliyi məlumat verib.

Bu ilin avqustunda İranın NIGEC Milli Qaz Şirkəti və Türkiyənin "Som Petrol" şirkəti Avropaya qaz ixracı üçün nəzərdə tutulan İranın altıncı qaz kəmərinin (Dehgolan - Bazargan) tikintisini davam etdirmək üçün bir milyard avro dəyərində saziş imzalayıb. Müqaviləyə uyğun olaraq, investisiyalarda Türkiyənin payı 77 faiz (754 milyon avro) təşkil edib.

Altıncı kəmərin uzunluğu, təxminən, 1,3 min kilometr təşkil edir.

Xəbər lenti

Xəbər lenti