...

İran Fars körfəzi ölkələri ilə qaz ixracı haqqında danışıqlar aparır

Energetika Materials 10 Noyabr 2010 18:37 (UTC +04:00)
İranın milli ofşor neft şirkəti (NIOOC) Fars körfəzinin dörd ölkəsi ilə qaz ixracı haqqında danışıqlara başladığını bəyan edib və yaxın vaxtlarda ölkənin Oman, BƏƏ, Küveyt və Bəhreynin əsas yanacaq tədarükçüsünə çevriləcəyinə ümid etdiyini bildirib.
İran Fars körfəzi ölkələri ilə qaz ixracı haqqında danışıqlar aparır

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Ə.Yusifzadə/

İranın milli ofşor neft şirkəti (NIOOC) Fars körfəzinin dörd ölkəsi ilə qaz ixracı haqqında danışıqlara başladığını bəyan edib və yaxın vaxtlarda ölkənin Oman, BƏƏ, Küveyt və Bəhreynin əsas yanacaq tədarükçüsünə çevriləcəyinə ümid etdiyini bildirib. Bu barədə NIOOC-un icraçı direktoru Mahmud Zirahçiyanzadə bildirib. Məlumatı ILNA agentliyi verib.

''Fars körfəzindəki qaz yataqlarının işlənməsi bizim əsas üstünlüklərimizdən biridir. Cənubi və Şimali Pars, Gülşən, Firdovsi, Kiş, Lavan, Fərzad, Balal, Salman yataqlarından hasil olunan qaz İranda daxili qaz tələbatını təmin edəcək və Fars körfəzi ölkələrinə ixrac olunacaq", - NIOOC direktoru bildirib.

BP şirkətinin məlumatına görə, 2010-cu il yanvarın 1-də İranda təsdiq edilmiş qaz ehtiyatları 29,61 trilyon kubmetr, Omanda 0,98 trilyon, Küveytdə 1,78 trilyon, Bəhreyndə isə 0,09 trilyon kubmetr təşkil edir.

Bu il İranda qaz ixracı 4,8 milyard kubmetr təşkil edib və ilin sonunadək (İranda il martın 21-dən başlayır) ixrac həcminin yeddi milyard kubmetrə çatacağı gözlənilir.

İlin əvvəlindən İranda orta sutkalıq qaz hasilatı 413 milyon kubmetrə yaxın təşkil edir. İlin sonunadək hasilatın 600 milyon kubmetrədək çatdırılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti