...

Bakı dəniz limanı yanvar-oktyabrda 1,7 milyon tona yaxın neft yükləri daşıyıb

Energetika Materials 25 Noyabr 2010 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yanvar-oktyabr aylarında 1,68 milyon ton neft yükləri daşıyıb. Ötən ilin analoji dövründə bu rəqəm 2,1 milyon ton təşkil edib. Bu barədə cümə axşamı Bakı limanındakı mənbə bildirib.

"Neft yüklərinin daşınmasında azalma müşahidə olunub. O cümlədən on ay ərzində limanda 1,68 milyon ton neft yükləri daşınıb. Ötən il bu göstərici 2,1 milyon ton təşkil edib", - mənbə deyib.

Onun sözlərinə görə, neft yüklərinin daşınma həcminin azalması Mərkəzi Asiyadan olan neft yüklərinin bir hissəsinin hələ ötən il Səngəçal terminalına yönəldilməsi ilə izah edilir. Daşınmanı "Cross Caspian" şirkəti həyata keçirir.

2009-cu ildə Bakı limanı 2,5 milyon ton neft yükləri daşıyıb ki, bu da 2008-ci ildəki göstəricidən 10 faiz azdır. 2009-cu ildə liman 5,1 milyon ton yük daşıyıb.

Xəbər lenti

Xəbər lenti