...

ARDNŞ Azərbaycan regionunda kiçik qaz ehtiyatları açıb

Energetika Materials 13 Dekabr 2010 18:46 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən Qobustan rayonunun Süleyman-Axtarma sahəsində kiçik qaz ehtiyatları açılıb.
ARDNŞ Azərbaycan regionunda kiçik qaz ehtiyatları açıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən Qobustan rayonunun Süleyman-Axtarma sahəsində kiçik qaz ehtiyatları açılıb. Bu barədə ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəsmi saytında verilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, ehtiyatlar struktur-axtarış qazma işləri nəticəsində aşkarlanıb. Nəticədə üç obyektdən hər birində 15-20 kubmetr olmaqla sutkalıq qaz alınıb.

Bu sahədə qazma işlərini davam etdirməklə, yaxın kənd və qəsəbələrin qazla təminatını yaxşılaşdırmaq mümkündür. Quyudan alınmış qazın tərkibi palçıq vulkanı qazları tipindədir və bu fakt, vulkan kökü zonası qazlarından sənaye miqyasında istifadə etmək baxımından ilk addım kimi qiymətləndirilə bilinər.

Xəbər lenti

Xəbər lenti